Dərc edildi: Baxış sayı: 946
Yeni radarlar sürücüləri çaşdıra bilər
Sürücülərdən bir neçəsi Avtosfer.az-a yeni radar fotoları göndərib və bildiriblər ki, bu radar Zığ şossesində (Baku Bus-ın yaxınlığı) quraşdırılıb. Sürücülər bunun hansı formada işləməsi ilə maraqlanır. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu qurğu Azərbaycana gətirilən yeni növ radarlardır. Artıq sınaq rejimində işləməyə başlayıb. Çox güman ki, yaxın zamanlarda ölkənin digər bölgələrində, o cümlədən paytaxtda bu cür radarlardan istifadə olunacaq.
Odur ki, sürücüləri yol hərəkəti qaydalara əməl etməyə, sürət həddini aşmamağa çağırırıq.
Orxan
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət