Slimfit
  1. AZƏRBAYCAN

Bakıda yeni işıqforlar quraşdırılacaq

Bakıda yeni işıqforlar quraşdırılacaq
Sakura

Bakıda yeni işıqforlar quraşdırılacaq

Paytaxtın bəzi yollarında piyada və avtomobillərin rahat hərəkətini təmin etmək məqəsədi ilə yol ayrıclarına yeni işıqforlar qoyulacaq. Bununla bağlı təklif Bakı Nəqliyyat Agentliyindən gəlib . Bu işıqforların yeni dərs ili başlayana qədər qoyulması nəzərdə tutulur.

Bir ünvanda piyadalar sürətlə hərəkət edən avtomobillərin qarşısından həyatlarını təhlükəyə ataraq yolu keçirlər. Digər ünvanda isə avtomobillərin xaotik hərəkəti müşahidə edilir.

Görüntülər paytaxt yollarındandır. Bakı Nəqliyyat Agentliyinin təklifinə əsasən, Nizami metrostansiyasının yaxınlığında Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrinin Əlibəy Hüseynzadə küçəsi ilə kəsişmələrində işıqforların qoyulması planlaşdırılır.

Ərazi Nizami metrostansiyasına yaxın olduğundan burada piyadaların sıx hərəkəti müşahidə edilir.

Avtomobillərin xaotik hərəkətinin müşahidə edildiyi və pik saatlarda tıxacın yaşandığı digər ərazi isə Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrininkəsişmələridir ki, burada da növbəliliyin işıqforlarla tənzimlənməsi və piyada zolağının çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Agentlik tərəfindən paytaxtın digər yollarında da rahat hərəkətin təşkili üçün araşdırma aparılır.

 

 

Mənbə: Xəzərxəbər.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR