Slimfit
  1. İDMAN

Bakıda yasa getmək adı ilə karantini pozan şəxs məşhur idmançı imiş

Bakıda yasa getmək adı ilə karantini pozan şəxs məşhur idmançı imiş
Sakura

Bakıda yasa getmək adı ilə karantini pozan şəxs məşhur idmançı imiş

Bu gün Daxili işlər Nazirliyi “8103” qısa nömrəsinə mesaj göndərərək, yas mərasimində iştirak etmək adı ilə icazə alan 50 nəfərin saxlanılması barədə məlumat yayıb.

Oxu.Az-ın məlumatına görə, saxlanılanlar arasında məşhur bodibildinqçi, fitnes müəllimi Renad Əfəndiyev də var.

O, yasa getmək adı ilə icazə alaraq epidemiya əleyhinə rejimin tələblərini pozub.

 

İcazədən sui-istifadə edən idmançı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat məbləğində cərimələnib.

Qeyd edək ki, R.Əfəndiyev yunan-Roma güləşi üzrə millimizin üzvü, dünya çempionu Rəsul Çunayevə məxsus “Go Fitness” idman zalında fitnes müəllimi kimi çalışır.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR