Dərc edildi: Baxış sayı: 494
Bakıda yanvar-apreldə orta aylıq əməkhaqqı 1 000 manatdan çox olub
Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının məbləğini açıqlayıb.
"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 22,5% artaraq 1 004 manat təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı üzrə göstərici 1 022,9 manata bərabər olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət