Dərc edildi: Baxış sayı: 852
Bakıda yanğın: Eldar Əzizov hadisə yerinə gəldi
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Eldar Əzizov Xətai rayonunda qamışlıq sahəsində baş verən yanğın yerinə gəlib.
İcra başçısına ərazidəki yanğın barədə məlumat verilib.
Ərazidə yanğınsöndürmə əməliyyatları davam edir.
E.Əzizov deyib ki, yay aylarında isti vaxtlarda bütün dünyada belə hadisələrlə rastlaşmaq olar: “Nəzərə almalıyıq ki, bu il alimlər tərəfindən planetimizdə ən yüksək temperatur qeydə alınıb. Mən heç də demək istəmirəm ki, bu qlobal istiləşmə ilə bağlı olan bir hadisədir. Hadisənin səbəblərini yalnız ekspertizadan sonra demək mümkün olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət