Slimfit
  1. CƏMİYYƏT

Bakıda virus mənbəyi: “İkinci əl” satışı davam edir... - Ekspert

Bakıda virus mənbəyi: “İkinci əl” satışı davam edir... - Ekspert
Sakura

Bakıda virus mənbəyi: “İkinci əl” satışı davam edir... - Ekspert

Azərbaycanda bütün iri ticarət mərkəzləri və mollar koronavirus səbəbindən fəaliyyətini dayandırsa da, bəzi kiçik geyim mağazaları satışa davam edir. Bunlardan biri də Avropadan ikinci əl geyimlər gətirən “Memi” mağazalarıdır.

Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, hazırda koronavirus Avropada daha geniş yayılıb və belə olan halda bu qitədən ölkəmizə gətirilmiş ikinci əl paltarlar əsl təhlükə mənbəyidir.

Mövzunu Axar.az-a şərh edən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, indiki məqamda bu kimi geyimlərin istifadəsi yolverilməzdir.

“Koronavirusun yayıldığı bir vaxtda xaricdən gətirilən bir çox mallar təhlükəli ola bilər. Mən illərdir deyirəm ki, Avropadan gətirilən ikinci əl geyimlər, sənaye məhsulları infeksiya mənbəyidir. İnsanlar özləri bunu nəzərə almalıdır. Bir insanın geyindiyi paltarın başqası tərəfindən geyinilməsi onsuz da yolverilməzdir, çünki bu, hər cür dəri xəstəliklərinə səbəb ola bilər. Vətəndaşlarımız yaxşı olar ki, ikinci əl geyimlər almaqdan imtina etsinlər. Bu geyimlər dezinfeksiya edilsə belə, yenə də Azərbaycana göndərilən zaman əldən-ələ keçir. Bu, həmin məhsulun virus daşıyıcısı olması üçün yetərlidir. Əgər vətəndaş belə geyim almağa davam edirsə, onu istifadə etməzdən əvvəl qaynar suda yumalı, isti ütü ilə ütüləməlidir. Bəlkə bundan sonra həmin geyimin təhlükəsizliyinə zəmanət verilə bilər”, - ekspert bildirib.

E.Hüseynov qeyd edib ki, hökumətin bu istiqamətdə atdığı addımlara əhali də qarşılıq verərək bu kimi geyimlərdən hazırda tam imtina etməlidir:

“Anlamalıyıq ki, hazırda durum bizim gördüyümüzdən daha ciddidir. Heç kəs özünü təhlükəyə atmamalıdır. Bu geyimlərdən imtina insanların sağlamlığı üçün vacibdir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR