Slimfit
  1. CƏMİYYƏT

Bakıda uşaqlara zorakılıq edən bağça müdirinə bəraət verildi

Bakıda uşaqlara zorakılıq edən bağça müdirinə bəraət verildi
Sakura

Bakıda uşaqlara zorakılıq edən bağça müdirinə bəraət verildi

Bakıda səhlənkarlıqda təqsirləndirilən “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibovanın cinayət işi üzrə hökm elan edilib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə cinayət işi araşdırılıb və sonda hökm elan edilib.

Nigar Müseyibovanın cinayət əməli sübuta yetirilməyib və məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Nigar Müseyibovanın barəsində ittiham hökmünün çıxarılmasını istəyib.

Protest araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun icraatına verilib. İlkin baxış iclası iyunun 10-na təyin olunub.

Qeyd edək ki, ötən ilin iyununun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzinin bağçasında tərbiyəçi Firuzə Tağıyeva uşaqlara qarşı zorakılıq göstərib.

Bu barədə video-görüntülər sosial şəbəkədə yayılandan sonra Firuzə Tağıyeva barəsində cinayət işi başlanılıb.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra valideyinlərin şikayəti əsasında Nigar Müseyibova barəsində də cinayət işi başlanılıb.

İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR