Slimfit
  1. İDMAN

Bakıda UEFA Avropa Liqasına həsr olunan muzeyin rəsmi açılış mərasimi keçirilib

Bakıda UEFA Avropa Liqasına həsr olunan muzeyin rəsmi açılış mərasimi keçirilib
Sakura

Bakıda UEFA Avropa Liqasına həsr olunan muzeyin rəsmi açılış mərasimi keçirilib

 Bakıda UEFA Avropa Liqasına həsr olunan muzeyin rəsmi açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin üzvləri iştirak ediblər.

Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları muzeydə nümayiş olunan eksponatlarla tanış olublar. UEFA tərəfindən təqdim olunan eksponatlar böyük maraqla qarşılanıb. Muzeylə tanışlıq başa çatdıqdan sonra AFFA prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və Avropa Liqası Finalı Bakı-2019-un səfiri Vəli Qasımov AFFA-nın U-12 Liqasında çıxış edən Azərbaycan Premyer Liqası klublarının müvafiq yaş qrupundan ibarət komandalarının üzvləri ilə xatirə şəkli çəkdiriblər. Qeyd olunan komandalar rəsmi açılış mərasimindən sonra muzeydə sərgilənən eksponatlarla tanışlıq imkanı qazanan ilk ziyarətçilər olublar.

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında təşkil olunan muzey dekabrın 22-dən yanvarın 7-dək fəaliyyət göstərəcək. Muzey 3 hissədən ibarətdir. Sərgidə iştirak etmək istəyən qonaqlar girişdə yerləşdiriləcək məlumat zonasında qeydiyyatdan keçərək tədbir haqqında ətraflı informasiya əldə etmək imkanına malik olacaqlar.

Muzey zonasında Avropa Liqası tarixini özündə əks etdirən eksponatlar – 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların və futbolçuların imzalı formaları, Avropa Liqasının rəsmi oyun topu, eləcə də Avropa Liqasının final oyunlarında istifadə edilmiş imzalı oyun topları sərgilənir. Bundan əlavə, muzeyin daxilində quraşdırılmış xüsusi monitorlarda Avropa Liqasının unudulmaz anları, final oyunlarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar, epizodlar nümayiş etdirilir. Bu isə sərgidə iştirak edən hər kəsin Köhnə Qitənin ən nüfuzlu klub turnirlərindən biri olan Avropa Liqasının keçmişinə səyahət etməsinə, həmin illərin ab-havasını yenidən yaşamasına imkan yaradacaq.

Oyun və istirahət zonasında isə qonaqlara rəngarəng və əyləncəli proqramlar, həmçinin futbolla bağlı bilik və bacarıqlarını nümayiş etdirə biləcəkləri maraqlı yarışmalarda iştirak etmək imkanı təklif ediləcək. Bundan əlavə, muzeydə yerli və əcnəbi futbol ulduzları ilə imza günləri təşkil olunacaq. İmza günlərində muzey ziyarətçiləri futbolçular ilə yaxından tanış ola, onlardan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Muzey 22 dekabr - 7 yanvar tarixləri arasında hər gün saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq.

Muzeyə giriş ödənişsizdir. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR