Bakıda tunellərində havalandırma sistemi işləmir?
Bakıdakı tunellərdə havalandırma sistemi işləmir. Odur ki, sürücülər havalandırma sistemindən narazıdır.
Xezerxeber.az-ın məlumatına görə, bəzi sürücülər paytaxtdakı avtomobil tunellərində havalandırma sisteminin onları qane etmədiyini deyirlər. Onlar iddia edirlər ki, bəzi tunellərdə havalandırma sistemi yoxdur, olanlar isə çox zəif işləyir.
Sürücülərin iddialarına görə, tıxac zamanı vəziyyət daha da çətinləşir. Yüzlərlə avtomobil işlək vəziyyətdə tuneldə dayanır və onların buraxdığı tüstü, qaz nəfəsalmanı çətinləşdirir, insanlara pis təsir edir.
Bu iddialar tunellərdəki havalandırma sisteminin mövcud vəziyyətini gündəmə gətirir.
İddialara münasibət bildirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli deyib ki, Bakıdakı bütün tunellərdə havalandırma sistemi var və onlar işlək vəziyyətdirlər. Quraşdırılmış ventilyatorların funksiyası zəhərli qazı sovuraraq bayıra buraxmaqdır. Buna görə tunellərin üzərində çıxıntılar var.
Tıxacda avtomobillərin buraxdığı qazın sürücü və sərnişinlərə daha çox təsir etməsi məsələsinə gəlincə, Anar Nəcəfli qeyd edib ki, bu normal haldır. Çünki tunel qapalı tipli məkan hesab edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət