Dərc edildi: Baxış sayı: 572
Bakıda torpağın qiyməti bahalaşır - Səbəb?
Bakıda torpağın qiyməti bahalaşır.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, mart ayında torpaq bazarında qiymətlər 1,38 faiz artıb. Onun sözlərinə görə, il ərzində torpaq bazarında bahalaşma 2,96 faiz təşkil edib.
N.İbrahimov, həmçinin həyət evlərinin qiymətində bahalaşma olduğunu bildirib:
"Həyət və bağ evlərinin qiymətində ay ərzində 4,75 faiz, il ərzində 2.18 faiz artım olub. Torpağın və həyət evlərinin qiymət artımı mövsümi xarakter daşıyır. Yay mövsümü yaxınlaşdıqca torpağa, həyət və bağ evlərinə tələbat artır və bu da öz növbəsində qiymətlərin bahalaşmasına təsir göstərir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət