Slimfit
  1. AZƏRBAYCAN

Bakıda tikiləcək "Ağ Şəhər" metro stansiyası ilə bağlı xəbər – Yer ayrılıb

Bakıda tikiləcək "Ağ Şəhər" metro stansiyası ilə bağlı xəbər – Yer ayrılıb
Sakura

Bakıda tikiləcək "Ağ Şəhər" metro stansiyası ilə bağlı xəbər – Yer ayrılıb

Bakının Nobel prospektində, "Ağ Şəhər" ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, yeni stansiya üçün ayrılan ərazi təmsil etdiyi qurum tərəfindən hasarlanıb: "Stansiyanın yeri artıq məlumdur. Şərti adı "Y-14" adlandırılır. Yeni metro stansiyası "Dərnəgül" - "Xətai" xətti üzərində, yəni Yaşıl xətdə yerləşəcək, "Xətai"dən sonrakı stansiya olacaq".

B.Məmmədov qeyd edib ki, stansiyadan əsasən tikilməkdə olan "Ağ Şəhər" yaşayış məntəqəsinin sakinləri rahatlıqla istifadə edəcəklər.

Xatırladaq ki, Bakı Metropoliteninin Perspektiv İnkişaf Planına uyğun olaraq tikilməkdə olan Yaşıl xəttin ümumi uzunluğu 41,8 km olacaq. Yaşıl xətt Bakının Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin "Dərnəgül", "Azadlıq prospekti", "Nəsimi", "Memar Əcəmi", "20 Yanvar", "İnşaatçılar", "Nizami", "Cəfər Cabbarlı" və Xətai" stansiyaları artıq istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR