Slimfit
  1. MƏDƏNİYYƏT

Bakıda təknüsxəli kitabların sərgisi açılıb

Bakıda təknüsxəli kitabların sərgisi açılıb
Sakura

Bakıda təknüsxəli kitabların sərgisi açılıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında təknüsxəli kitabların sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgi oxucuları Azərbaycanda tək nüsxədə olan kitablarla tanış etmək və həmin kitablardan daha da rahat istifadə məqsədi daşıyır. Sərgidə ensiklopedik məlumat kitabları, dərsliklər, müxtəlif uşaq ədəbiyyatı, bestsellerlər, ensiklopediyalar, izahedici lüğətlər olmaqla 50-dən çox nəşr nümayiş edilir.

Sərgidə nümayiş olunan hər bir kitab haqqında annotasiyalar yazılıb və mərkəzi kitabxananın veb-saytında yerləşdirilib. Həmçinin kitablarla virtual formada tanış olmaq üçün imkan da yaradılıb. Sərgi bir ay davam edəcək.

Qeyd edək ki, Yasamal rayon MKS mütəmadi olaraq uşaqlar üçün kitab sərgiləri təşkil etməklə yanaşı, oxu günü aksiyaları da keçirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR