Dərc edildi: Baxış sayı: 221
Bakıda taxta bazarı yanır: Mübarizə tədbirləri davam etdirilir
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Ens.Az-ın məlumatına əsasən,bu barədə qurumdan Oxu.Az-a bildirilib.
Qeyd edilib ki, qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət