Slimfit
  1. CƏMİYYƏT

Bakıda tarixi abidənin ərazisinin zəbt olunmasının qarşısı alındı

Bakıda tarixi abidənin ərazisinin zəbt olunmasının qarşısı alındı
Sakura

Bakıda tarixi abidənin ərazisinin zəbt olunmasının qarşısı alındı

Suraxanı rayonunda tarixi abidənin ərazisinin zəbt olunmasının qarşısı alınıb.

Ens.az xəbər verir ki,bu barədə "Report"a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Mədəniyyət Nazirliyi tərəfindən tarix-mədəniyyət abidələrinin qorunması istiqamətində işlər aparılır:

"Suraxanı rayonunda yerləşən və öz unikallığı ilə digər Abşeron ovdanlarından fərqlənən “Müzəffər” ovdanının ətrafı bir müddət öncə qanunsuz olaraq zəbt edilib. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanlanan müraciətdən sonra abidənin ərazisinin zəbt edilməsinin qarşısı alınıb. Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz hasarlar sökülüb. Hazırda abidənin ətrafında təmizlik işləri görülür".

Qeyd edək ki, qədim karvan yolunun üstündə yerləşən XIX əsrin əvvəllərinə aid “Müzəffər” ovdanı iki quyudan ibarətdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR