Slimfit
  1. AZƏRBAYCAN

Bakıda taksilər gücləndirilmiş rejimə keçdi

Bakıda taksilər gücləndirilmiş rejimə keçdi
Sakura

Bakıda taksilər gücləndirilmiş rejimə keçdi

Formula-1 Azərbaycan Qran Prisi yarışını canlı izləməyə gələn turistlərin paytaxtda nəqliyyat vasitəsi ilə daşınmasını təmin etmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Bakı Taksi Xidməti MMC gücləndirilmiş iş rejiminə keçib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Axar.az-a verilən məlumata görə, hava limanına dislokasiya üçün nəzərdə tutulan London taksilərinin sayı artırılıb.

Təkcə 2 gün ərzində ölkəyə gələn turistlərin 60 faizi paytaxtın müxtəlif hissələrinə London taksiləri ilə daşınıb.

Qeyd edək ki, hava limanında turistlərə xidmət üçün “Nəqliyyat Təlim Tədris Mərkəzi”ndə 1 ay müddətində xüsusi təlimdən keçən sürücülər cəlb edilib. Gücləndirilmiş iş rejimi yarışların sonuna qədər davam edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR