Bakıda sürücülər cəriməyə görə bu yola əl atdı
Paytaxtda sürücülər dayanma-durma qaydaları ilə bağlı cərimələrdən yaxa qurtarmaq üçün alternativ yola əl atıblar.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat və fotolar paylaşılıb. Belə ki, Bakı Nəqliyyat Agentliyinin qanunsuz parklanma ilə bağlı tərtib etdiyi inzibati protokollardan sonra sürücülər avtomobilin ön və arxa dövlət nömrə nişanlarının üzərini adi parça ilə örtürlər.
Məsələ ilə bağlı açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, avtomobilin dövlət nömrə nişanının müxtəlif vasitələrdən istifadə etməklə gizlədilməsi “Yol hərəkəti haqqında” qanunun tələbinin kobud şəkildə pozulmasıdır:
“Mövcud qanunvericiliyə əsasən bu cür sürücülərə qarşı inzibati tədbirin görülməsi DYP-nin səlahiyyətlərinə aid məsələdir. Belə hal aşkarlandığı təqdirdə BNA tərəfindən DYP-a məlumat veriləcək ki, həmin sürücü barəsində zəruri inzibati tədbir görülsün”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət