Slimfit
  1. CƏMİYYƏT

Bakıda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb

Bakıda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb
Sakura

Bakıda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb

Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 21 ünvanında yerləşən Azər Balahəsən oğlu Dadaşova məxsus su emalı müəssisəsində plandankənar yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qeydiyyatdan keçmədiyi və çıxarışla təmin edilmədiyi aşkarlanıb.

Həmçinin müəssisədə texnoloji axın ardıcıllığı prinsiplərinə riayət olunmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi, eləcə də müvafiq qaydalara uyğun havalandırma sisteminin quraşdırılmadığı məlum olub. Eyni zamanda, müəssisədə dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı və məhsulların markalanmadığı müəyyən edilib. Yoxlama zamanı müvafiq müşayiətedici sənədlər və işçinin müayinədən keçməsinə dair tibbi arayış da müfəttişlərə təqdim olunmayıb.

Aşkarlanan nöqsanlarla bağlı protokol tərtib edilib, müəssisənin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR