Slimfit
  1. AZƏRBAYCAN

Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı

Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı
Sakura

Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı - "Çayka"nın qiyməti 85 min manatdır

Bakıda bir vaxtlar SSRİ-nin iki nazirinin istifadəsində olmuş antikvar avtomobil satılır. Sovet dövrünün ən uzun müddətli xarici işlər naziri olmuş Andrey Qromikonun avtomobili sonradan onun xələfi Eduard Şevardnadzeyə keçir. İllər keçdikdən sonra isə həmin avtomobili Bakı sakini alaraq özündə saxlayır. Hazırda isə avtomobilin sahibi Emin Məmmədov sürməyə və qulluq etməyə vaxtı olmadığından öz antikvar "Çayka"sını satir.

Xezerxeber.az-ın məlumatına görə, maşında mini bar, televizor, kamera, kondisoner mövcuddur. 40-a yaxın yaşı olan avtomobildə rahatlıq üçün demək olar ki, bütün imkanlar var.

"Çayka" 12 ilə yaxındır ki, Bakı sakini Emin Nəbiyevdədir.

Emin Nəbiyev antikvar avtomobili auksion vasitəsi ilə Rusiyadan alıb. Aldıqdan sonra interyerində və bəzi hissələrində dəyişiklik edərək avtomobili zavod istehsalından da yaxşı vəziyyətə gətirib.

Avtomobil texniki götəricilərinə görə də müasir avtomobillərdən heç də geri qalmır. Avtomat transmissiyalı mühərrik 8 silindirə malikdir.

Emin Nəbiyev deyir ki, avtomobili satmasının əsas səbəbi onu sürməyə və qulluq etməyə vaxtının olmamasıdır. O, avtomobili retro maşınlara marağı olan şəxsə satmaq istəyir.

Qeyd edək ki, "QAZ-14" markalı avtomobildən cəmi 1114 ədəd istehsal olunub. Hazırda isə Azərbaycanda bu modelin sayı 10-dan çox deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR