Dərc edildi: Baxış sayı: 267
Bakıda sexdəki yanğında ölənlərin sayı 7-yə çatdı
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb.
Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət