Slimfit
  1. CƏMİYYƏT

Bakıda reyd keçirilib, istifadə müddəti saxtalaşdırılmış məhsullar dövriyyədən çıxarılıb

Bakıda reyd keçirilib, istifadə müddəti saxtalaşdırılmış məhsullar dövriyyədən çıxarılıb
Sakura

Bakıda reyd keçirilib, istifadə müddəti saxtalaşdırılmış məhsullar dövriyyədən çıxarılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olmuş məlumat əsasında Agentlik əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fəaliyyət göstərən “Xəzər” marketdə monitorinq keçirib. 

AQTA-dan "Report"a verilən məlumata görə, monitorinq zamanı marketdə “Amal” firmasına məxsus saxlama müddəti ötmüş “Amal” əmtəə nişanlı dovğanın istehsal və istifadə müddətinin xüsusi ağardıcı vasitələrdən istifadə edilərək dəyişdirilməsi və saxtalaşdırılaraq satışının həyata keçirildiyi aşkarlanıb.

İstehsalçıya həmin məhsulların ticarət şəbəkələrindən dərhal geri çağırılması ilə bağlı göstəriş verilib. “Xəzər” marketdən, eləcə də digər ticarət şəbəkələrindən geri çağırılan məhsullar Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib. İstehsalçı firmaya qarşı qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR