Dərc edildi: Baxış sayı: 999
Avqustun 26-da Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirilib
Avqustun 26-da Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirilib.
Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə 1980-ci ilədək istehsal olunmuş klassik avtomobillər iştirak edib.
Sərgi həm yerli sakinlərin, həm də turistlərin böyük marağına səbəb olub.
“Retro musiqi, ata və babalarımızın sürdüyü avtomobillərlə foto və selfi etmək imkanı - bundan gözəl nə ola bilər”, - Oxu.Az-ın müxbiri ilə söhbətdə qazaxıstanlı turist deyib.
Qeyd edək ki, klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb və şəhərin mərkəzi küçələri ilə yürüş edib.
Ə.Ş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət