Slimfit
  1. CƏMİYYƏT

Bakıda polis idarəsi və polis bölməsinin yeni inzibati binalarının açılışı olub

Bakıda polis idarəsi və polis bölməsinin yeni inzibati binalarının açılışı olub
Sakura

Bakıda polis idarəsi və polis bölməsinin yeni inzibati binalarının açılışı olub

Azərbaycan Polisi Günü ərəfəsində - iyulun 1-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə DİN-in müxtəlif xidmət sahələri üçün inşa edilmiş daha 3 yeni inzibati binanın açılışı olub.  

Ens.az xəbər verir ki,DİN-dən APA-ya verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzinin, Nərimanov Rayon Mühafizə İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi üçün tikilmiş inzibati binaların açılışında general-polkovnik Vilayət Eyvazova məlumat verilib ki, binaların hər birində müasir standartlara uyğun zəruri avadanlıq, inventar, mərkəzi havalandırma, istilik sistemləri, qazanxana, rabitə-kommunikasiya xətləri quraşdırılıb, ərazilərində abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

Tədbir iştirakçıları yeni binaların Növbətçi hissələrinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıb, ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki yorulmaz fəaliyyətini, Prezident İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.  

Vətəndaşlarımızın rahatlığına, onların nəqliyyat vasitələrinin vaxtında və keyfiyyətli müayinə edilməsinə şərait yaradacaq Qaradağ rayonu ərazisində inşa edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzində minik avtomobilləri üçün 6, yük avtomobilləri üçün isə 2 müayinə xətləri yaradılıb. Müayinə xətləri yüksək dəqiqliklə diaqnostik xidmətlər aparılmasına imkan verən zəruri avadanlıqlarla təchiz olunub, avtoyuma və təmir boksları ilə təmin edilib. 

Daxili İşlər naziri görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib. 

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquqi-demokratik, sosial-iqtisadi islahatlar, fəal hüquq mühafizə siyasəti daxili işlər orqanlarının da fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, maddi-texniki təminatının, şəxsi heyətin məişət və xidməti iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına əlverişli şərait yaradıb.

General-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, şəxsi heyət dövlət başçımızın daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya bundan sonra da əməli işlə cavab verəcək, sabitliyin, əmin-amanlığın, ictimai təhlükəsizliyin nümunəvi qorunması sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcək.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR