Dərc edildi: Baxış sayı: 595
Bakıda polis əməkdaşı qəzaya düşdü
Bakının Nəsimi rayonu, Füzuli küçəsində Dövlət Yol Polisi (DYP) əməkdaşının xəsarət alması ilə qeydə alınan yol nəqliyyat hadisəsi araşdırılır.
Ens.az xəbər verirki,bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, qəzanın hansı səbəbdən və tərəflərdən hansının ehtiyatsızlığı ucbatından baş verdiyi hələ məlum deyil:
"Yol polisi əməkdaşı qəza nəticəsində yüngül bədən xəsarətləri alıb. Baş verən hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma davam etdirilir. Yekun nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət