Dərc edildi: Baxış sayı: 476
Bakıda parkların açılışına hazırlıq gedir
Mayın 18-dən etibarən Bakıda bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Bakı Abadlıq Xidməti parklarda, oyun meydançalarında genişmiqyaslı dezinfeksiya işləri həyata keçirib və insanlara pulsuz maska paylayıb.
Qeyd edək ki, parklarda gəzmək, dincəlmək və ya idman etmək istəyən hər bir vətəndaş ehtiyatı əldən verməməli, karantin rejimində tibbi maska və əlcəklərdən istifadə etməklə öz sosial məsuliyyətini dərk etməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət