Dərc edildi: Baxış sayı: 272
Bakıda orta əməkhaqqı 8 faizə yaxın artıb
Bu ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 268,7 manat təşkil edib.
Ens.az 525.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,8 % artaraq 1 002,8 manata çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət