Slimfit
  1. MƏDƏNİYYƏT

Bakıda operaya dəvətlər niyə ləğv edildi?

Bakıda operaya dəvətlər niyə ləğv edildi?
Sakura

Bakıda operaya dəvətlər niyə ləğv edildi?

Opera və Balet Teatrında Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ü.Hacıbəylinin “Məshəti” operasının nümayişinin bu gün keçiriləcəyi açıqlansa da, sonradan tədbirin ləğv olunması haqda məlumat yayılıb.

Məlumata görə, bir neçə gün əvvəl ayrı-ayrı şəxslərə operanın nümayişində iştirak etmək üçün dəvət göndərilib. Bu gün isə dəvətin ləğv edildiyi bildirilib.

Operanın nümayişində iştirak etmək üçün müəyyən şəxslərə dəvət göndərən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (NAYORA) Kult.az-a bildirilib ki, opera keçiriləcək, sadəcə, NAYORA-nın göndərdiyi dəvətlər ləğv edilib:

”Məshəti” operası bu gün nümayiş olunacaq, yəni tədbir baş tutacaq. Ancaq bizim dəvət göndərdiyimiz şəxslərin tədbirdə iştirakı ləğv edilib. Bunun hansı səbəbdən edildiyi haqda bizə məlumat verilməyib. Arzu edən şəxslər bilet alaraq, operaya baxa bilərlər”.

Opera və Balet Teatrından da tamaşanın keçiriləcəyi bildirilib:

”Məshəti” operası bizim teatrın səhnəsində keçirilsə də, tamaşanı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti hazırlayıb. Tamaşa əvvəlcədən qeyd edilən vaxtda keçiriləcək. Amma dəvətin hansı səbəbdən ləğv edilməsi ilə bağlı məlumatımız yoxdur. Yaxşı olardı ki, siz “Mədəniyyət” kanalının direktor müavini Riyad Quliyevlə əlaqə saxlayasınız”.

“Mədəniyyət” kanalının direktor müavini Riad Quliyev isə dəvətlərin ləğv edilmədiyini, yayılan məlumatın əsassız olduğunu söyləyib.

Qeyd edək ki, saytımıza müraciət edən dəvətlilər bu gün səhər saatlarında onlara operanın nümayişinin ləğv edilməsi haqda məlumat verildiyini bildiriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR