Slimfit
  1. CƏMİYYƏT

Bakıda növbəti bal yarmarkası - Qeydiyyat başladı

Bakıda növbəti bal yarmarkası - Qeydiyyat başladı
Sakura

Bakıda növbəti bal yarmarkası - Qeydiyyat başladı

28 sentyabr-18 oktyabr tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Axar.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək.

Bal istehsalçıları yarmarkada iştirak etmək üçün öncədən qeydiyyatdan keçməlidir. İlk dəfə olaraq qeydiyyat prosesi www.bal.kendden.az saytı vasitəsilə onlayn olaraq həyata keçiriləcək. Arıçılar sayta daxil olaraq öz şəxsi məlumatlarını və təsərrüfatları barədə məlumatları bildirməklə qeydiyyatdan keçə biləcək. Qeydiyyat müddəti 6-11 sentyabr tarixlərini əhatə edəcək. Sentyabrın 12-də qeydiyyatı təsdiqlənmiş arıçılara SMS-bildirişlər göndəriləcək və məhsullarını nə vaxt gətirəcəkləri barədə məlumat veriləcək. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən ediləcək. Yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkaya maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.

Bal nümunələrinin qəbulu 13-24 sentyabr tarixləri arasında “Aqrar tədarük və təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 manatdir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın reklam işlərinin aparılması, loqistika və anbar işinin təşkili və digər xidmətlər daxildir.

Bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə nümunələr götürüləcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq təşkilat komitəsinə bildiriləcək və yalnız nümunələri qida təhlükəsizliyi standartlarına uyğun olan istehsalçıların məhsullarının satışına icazə veriləcək. Nümunələrin nəticələri müsbət olmayan bal məhsullarının satışına icazə verilməyəcək və məhsullar "Aqrar Tədarük və Təchizat" ASC-nin Meyvəli bazarında yerləşən anbarında saxlanılacaq. Yarmarka bitdikdən sonra anbarda saxlanılmış məhsullar sahiblərinə təqdim ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR