Slimfit
  1. MƏDƏNİYYƏT

Bakıda MİKTA Film Festivalı başlayır

Bakıda MİKTA Film Festivalı başlayır
Sakura

Bakıda MİKTA Film Festivalı başlayır

Bakıda MİKTA (Meksika, İndoneziya, Koreya Respublikası, Türkiyə, Avstraliya) Film Festivalı keçiriləcək.

"Report"un məlumatına görə, festival sentyabrın 27-dən oktyabrın 25-dək baş tutacaq.

Festivalın açılışı münasibətilə keçirilən mətbuat konfransında çıxış edən Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini təşkilat daxilində mədəniyyət mübadiləsi və əməkdaşlığın vacibliyini qeyd edib.

Öz növbəsində, İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani vurğulayıb ki, MİKTA bu festival vasitəsilə Azərbaycan sakinlərinin bu ölkələrdən olan insanların həyatlarını görə biləcəyi pəncərə açacaq.

Türkiyə səfiri Erkan Özoralın sözlərinə görə, ölkəsi MİKTA-nın təşəbbüslərinə böyük əhəmiyyət verir.

"Bu, iqtisadi təşkilat olsa da, həm də dünyanı mövcud problemlər və ortaq dəyərlər ətrafında birləşdirməyi hədəfləyir. Odur ki, belə bir festivalın keçirilməsi ideyasının təklif edilməsi yaxşı oldu. Məmnunluqla burada iştirak edirik", - səfir bildirib.

Festival çərçivəsində aşağıdakı filmlər təqdim olunacaq:

"Ayla" (2017) - 27 sentyabr, Türkiyə, rejissor - Can Ulkay

"Garuda di Dadaku 2" (2011) - 4 oktyabr, İndoneziya, rejissor - Rudy Saedjarwo

"Cambio de Ruta" (2014), 18 oktyabr, Meksika, rejissor - Cristopher Hool

"Assassination" (2015) - 25 oktyabr, Koreya, rejissor - Choi Dong Hoon.

Filmlər "Cineclub Landmark"da saat 19:00-da başlanacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR