Bakıda metronun fəaliyyətinin dayandırılmasından sonra avtobuslarla nə qədər sərnişin daşınıb? - RƏSMİ
“Ölkədə elan edilən xüsusi karantin rejimindən sonra avtobuslarla 21 milyondan çox sərnişin səyahət edib”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
O qeyd edib ki, metronun fəaliyyəti məhdudlaşdırıldıqdan sonra ekspress xətlərlə bir milyona yaxın sərnişin daşınıb:
“Koronavirus pandemiyasından əvvəl 2000-2040 avtobus fəaliyyət göstərirdisə, pandemiya dövründə 1700 avtobus fəaliyyət göstərib”.
Onun sözlərinə görə, 105 ədəd avtobus ekspress xətlərə buraxılıb:
“Artırılan marşrut xətləri üzrə əlavə sürücülərə ehtiyac yaranıb. İşə alınan 200 yeni sürücüdən 103-ü artıq ekspress xətlərdə fəaliyyət göstərir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət