Slimfit
  1. AZƏRBAYCANLI

Bakıda mərakeşli pianoçu konsert proqramı ilə çıxış edib

Bakıda mərakeşli pianoçu konsert proqramı ilə çıxış edib
Sakura

Bakıda mərakeşli pianoçu konsert proqramı ilə çıxış edib

Aprelin 12-də Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə keçirilən “Frankofoniya həftələri” çərçivəsində mərakeşli pianoçu Maruan Benabdallah konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Mərakeş Krallığının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşan “Arabaesque” adlı konsert proqramında məqsəd dinləyicilərin klassik musiqiyə marağını artırmaqdır.

Tədbirdə Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş çıxış edərək iki ölkə arasında mövcud olan mədəni əlaqələrdən danışıb. O, Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.

Vurğulanıb ki, Maruan Benabdallah uşaq yaşlarından Almaniya, Avstriya, Çin, İspaniya, ABŞ, Böyük Britaniya, Fransa və İtaliyada konsert proqramları ilə çıxış edib. Macarıstanın ənənələrinə dərindən köklənmiş bir musiqi mirası ilə musiqiçi Bela Bartok Konservatoriyasında və Budapeştdə Ferens Liszt Akademiyasında təhsilini artırıb və 2008-ci ildə Macarıstan Parlamentinin medalı ilə təltif olunub.

Diqqətə çatdırılıb ki, hələ otuz yaşında olarkən məşhur pianoçu bir çox ölkələrin simfonik orkestrləri ilə çoxsaylı konsertlərdə solist kimi çıxış edib. O, İsrailin Təl-Əviv şəhərindəki “Arthur Rubinstein Master” müsabiqəsində mükafat qazanıb. Yerli mətbuat onun ifasını “möcüzəli” (Maariv) adlandırıb.

Sonra mərakeşli pianoçunun ifasında musiqi nömrələri təqdim edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR