Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Bakıda məktəb direktoru müəllimdən hicabını açmağı tələb edib? - RƏSMİ AÇIQLAMA

Bakıda məktəb direktoru müəllimdən hicabını açmağı tələb edib? - RƏSMİ AÇIQLAMA
Sakura

Bakıda məktəb direktoru müəllimdən hicabını açmağı tələb edib? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkədə 185 saylı məktəbin direktorundan şikayət yayılıb. Paylaşım edən şəxs iddia edir ki, direktor təhsil sistemində qaydaları saymır.

Belə ki, məktəb direktorunun MİQ-dən 55 bal toplayan və Təhsil Nazirliyinin əmri ilə 185 saylı məktəbə göndərilən hicablı müəllimə qarşı hörmətsizlik etdiyi irəli sürülür.

İddiaya görə, direktor müəllimin hicablı olmasına etiraz edərək, “ya hicabını aç, ya da burada işləyə bilməzsən” deyib.

Ens.az xəbər verirki,məsələ ilə bağlı 185 saylı orta məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, irəli sürülən iddia əsassızdır:

“Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək, 185 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi işləmək hüququ qazanmış Aynur Əziz 16.09.2020-ci il tarixində məktəbin direktoru Esmira Rzaquliyevanın qəbulunda olub.

Qeyd edək ki, məktəbə hicab geyim növü ilə gəlmiş həmin xanımla geyiminin dəyişdirilməsi barədə deyil, dərs zamanı geyiminə xüsusi fikir verməsi və səliqəyə salınması ilə bağlı söhbət əsnasında tövsiyə verilib. Aynur Əziz isə geyimi ilə bağlı dəyişiklik etmək istəmədiyini bildirib, sənədlərini təsdiqlənməsi üçün təqdim etmədən məktəbi tərk edib.

Belə ki, 185 nömrəli tam orta məktəbdə daha öncəki illərdə də hicablı müəllimlər fəaliyyət göstərib. Həmin müəllimlərə hicabı açmaları ilə bağlı heç bir göstəriş verilməyib. Bildiririk ki,  185 nömrəli tam orta məktəbdə ingilis dili fənni üzrə vakant dərs saatları mövcuddur. Aynur Əziz sənədlərini təsdiqlənməsi üçün elektron kabinetində qoyulmuş müddəti ötürmədən, məktəb rəhbərliyinə təqdim etdiyi təqdirdə işə başlaya bilər”.

Məktəbdən verilən açıqlamada o da qeyd edilib ki, sinfə daxil olan müəllim geyimi ilə nümunə olmalıdır. Tələb ondan ibarətdir ki, müəllimlər səliqəli geyinməli, görünüşü və davranışı baxımından nümunəvi olmalıdırlar. “Müəllimlərin etik davranış qaydaları”nda da müəllimin geyimi ilə bağlı məsələlər öz əksini tapıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR