Slimfit
  1. CƏMİYYƏT

Bakıda məcburi köçkünlər acınacaqlı şəraitdə yaşayır

Bakıda məcburi köçkünlər acınacaqlı şəraitdə yaşayır
Sakura

Bakıda məcburi köçkünlər acınacaqlı şəraitdə yaşayır

Bakıda, Səbail rayonu, Aydın Məmmədov küçəsi, bina 22/24-də məskunlaşmış 22 məcburi köçkün ailəsinin yaşayış şəraiti acınacaqlıdır. 

Oxu.Az xəbər verir ki, onlar 26 ildir altı mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində yaşayır. 

“Soyuqdan otaqlara girmək olmur, bir otaqda həm yatırıq, həm çimirik, həm də yemək yeyirik. Elektrik naqilləri də yararsız vəziyyətdədir”, - sakinlər bildirir.

Onların vəziyyətlə bağlı aidiyyəti qurumlara etdikləri müraciətlər də uzun illərdir nəticəsiz qalıb.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İsrafil Məmmədov məsələdən xəbərdar olduğunu bildirdi.

Komitə sözçüsü qeyd etdi ki, sözegedən ünvanın sakinlərinə növbəti mərhələdə, daha dəqiq desək, aprel ayında yeni mənzillər veriləcək. 

Sail Ağasəlim, Elgün Hümbətov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR