Dərc edildi: Baxış sayı: 931
Bakıda külli miqdarda oğurluq edilən ev Cəlal İsayevə məxsusdur - AÇIQLAMA
Ötən gün paytaxtda iki milyonluq oğurluq edilən evlərdən biri Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayevə məxsus olub.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, oğrular C.İsayevin evindən 72 min dollar (122 000 AZN) və 2500 manat pul aparıblar. Bundan başqa, mənzildən 20 min dollar (34000 AZN) dəyərində qızıl-zinət əşyaları da oğurlanıb.
Cəlal İsayev Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ barədə istintaq aparılır:
“Mən heç nə deyə bilmərəm. Polis istintaq aparır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət