Slimfit
  1. AZƏRBAYCAN

Bakıda koronaviruslu xəstələrin ümumi aşkarlanma sayı 50 faizdən çoxdur - RƏSMİ

Bakıda koronaviruslu xəstələrin ümumi aşkarlanma sayı 50 faizdən çoxdur - RƏSMİ
Sakura

Bakıda koronaviruslu xəstələrin ümumi aşkarlanma sayı 50 faizdən çoxdur - RƏSMİ

“Bir fakt 30-60 nəfərin yoluxması deməkdir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı qeyd edib ki, aparılan tədbirlər nəticəsində bəzi rayonlarda yoluxmanın tamamilə olmaması müşahidə edilir:

“Apardığımız test sayları artır, koronavirusa yoluxmanın aşkar olunması azalır. Unutmamalıyıq ki, bir fakt 30-60 nəfərin yoluxması deməkdir”.

O qeyd edib ki, ümumi yoluxma sayı 1592 nəfər təşkil edir:

“Koronavirus infeksiyasından 21 ölüm halı olub. Vəfat edənlər arasında həkim həmkarımız da var. Ümumi sağalanların sayı 1013 nəfərdir. Aktiv xəstələrin sayı 558 nəfərdir. 

20 xəstə reanimasiyadadır. Onlar əsasən, Mərkəzi Neftçilər Xəstəxanası və “Yeni klinika”dadır.  Yoluxma sayı Sumqayıtda 3,5 faizdir. Bakıda koronaviruslu xəstələrin ümumi aşkarlanma sayı 50 faizdən çoxdur”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR