Slimfit
  1. CƏMİYYƏT

Bakıda koronavirusla mübarizə aparan həkimlərin pulu ödənilməyib? - AÇIQLAMA

Bakıda koronavirusla mübarizə aparan həkimlərin pulu ödənilməyib? - AÇIQLAMA
Sakura

Bakıda koronavirusla mübarizə aparan həkimlərin pulu ödənilməyib? - AÇIQLAMA

Son günlər koronavirusla mübarizə aparan həkimlər sosial şəbəkədə paylaşım edərək, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən onların maaşlarına edilməli olan əlavələrin köçürülmədiyini iddia edirlər.

Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az-a bir qrup həkim müraciət edib. Söhbət xüsusilə 1 saylı Kliniki Tibbi Mərkəzdən gedir.

Həkimlər iddia edirlər ki, koronavirusla mübarizəyə cəlb olunduqları halda əməkhaqlarına əlavələr ödənilməyib:

“Çalışdığımız müəssisədə koronavirusla mübarizəyə cəlb olunan həkim və tibb bacılarına əməkhaqlarının əlavələri köçürülməyib. Yanvar-fevral ayları üçün köçürülməli olan məbləğ hələ də bizə ödənilməyib. Öz rəhbərliyimizdən soruşuruq, cavab ala bilmirik. Bizə deyilir ki, pul yoxdur, tibb personalına ödənişlər köçürülə bilmir”.  

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəz tərəfindən yanvar ayı üzrə tərtib olunan yekun siyahı 30 mart 2021-ci il tarixində Agentliyə təqdim edilib:

“Agentlik tərəfindən ödənişlərin bu gün ərzində başa çatması nəzərdə tutulur. Müddətli əlavələr tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) göndərilən iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən üç iş günü ərzində ödənilir. Məlumat üçün bildirək ki, 1 saylı Kliniki Tibbi Mərkəz tərəfindən fevral ayı üzrə siyahı Agentliyə təqdim edildikdən sonra həmin ay üzrə də ödənişlərə başlanılacaq”.

O da qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir.

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısı, həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması tibb müəssisələri tərəfindən aparılır. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR