Slimfit
  1. İDMAN

Bakıda keçirilmiş İslamiadanın qalibində dopinq tapılıb

Bakıda keçirilmiş İslamiadanın qalibində dopinq tapılıb
Sakura

Bakıda keçirilmiş İslamiadanın qalibində dopinq tapılıb

 

Azərbaycanın beş idmançısı Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən cəzalandırılıb.

Oxu.Az xəbər verir ki, bunlar cüdoçular Rüfət İsmayılovla Aliyə Müslümova, atlet Azər Əhmədov, velosipedçi Kiril Pozdnyakov və ağırlıqqaldıran Orxan Zeynalovdur.

Bunlardan 2017-ci ildə Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirində fərdi və IV İslam Həmrəyliyi Oyunlarında komanda şəklində qalib olmuş cüdoçu Rüfət İsmayılovun cəzası bir illik olub və artıq onun cəzası mayın 22-də başa çatıb.

Onun həmkarı Aliyə Müslümovada cəza iki illikdir. Aliyənin cəzasının müddəti 11 aprel 2021-ci ildə bitəcək.

Atlet Azər Əhmədov təxminən ilyarımlıq cəzalandırılıb. Onun da cəzası bu ilin 23 mayında başa çatıb.

Bunlardan ən məşhur idmançılarımızdan olan Kiril Pozdnyakovdur. 2017-ci ildən velosiped yarışlarında Azərbaycan adından çıxış edən rusiyalı iki illik cəzaya məruz qalıb. Onun cəzası 11 maydan hesablanır və sanksiyasının son altı ayı sınaq müddəti olacaq.

Ağırlıqqaldıran Orxan Zeynalov isə ən ağır cəzanı alıb. Orqanizmində müxtəlif endogen AAS (IRMS) və klenbuterol maddələri aşkarlandığı üçün o, dörd illik cəzalandırılıb. Onun cəzası 7 mart 2023-cü ildə başa çatacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR