“Sərhədçi” İdman Olimpiya Kompleksində alpaqut Turan döyüş sənəti üzrə I dünya çempionatı başa çatıb
“Sərhədçi” İdman Olimpiya Kompleksində alpaqut Turan döyüş sənəti üzrə I dünya çempionatı başa çatıb.
Oxu.Az xəbər verir ki, bütün yaş qrupları üzrə 18 ölkədən – Azərbaycan, Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya, Özbəkistandan 500-dək idmançının qüvvəsini sınadığı yarışlarda aypara, batur, caymaz və qurşaq sistemləri üzrə ən güclü atletlər müəyyənləşib.
Azərbaycan idmançıları çempionatda uğurla çıxış edərək ümumi komanda hesabında I yeri tutublar. Türkiyə II, Qazaxıstan və Gürcüstan yığmaları III yerə layiq görülüblər.
Qeyd edək ki, ötən il Bakıda II alpaqut üzrə Dünya Kuboku da keçirilib. Millət vəkili Qənirə Paşayeva Dünya Alpaqut Federasiyasının I vitse-prezidentidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət