Dərc edildi: Baxış sayı: 456
Bakıda keçiriləcək bal yarmarkası hava şəraiti ilə əlaqədar təxirə salınıb
Oktyabrın 5-dən 28-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilməsi nəzərdə tutulan arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası təxirə salınıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar vətəndaşların və yarmarka iştirakçılarının rahatlığını nəzərə alaraq bal yarmarkasının açılış mərasimi təxirə salınıb. Açılış barədə əlavə məlumat veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət