Slimfit
  1. CƏMİYYƏT

Bakıda karantini pozan koronavirus xəstəsinə cinayət işi açıldı

Bakıda karantini pozan koronavirus xəstəsinə cinayət işi açıldı
Sakura

Bakıda karantini pozan koronavirus xəstəsinə cinayət işi açıldı

Bakının Səbail rayonunda COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini, 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Təyin edilən qaydalara baxmayaraq, onun yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birindən aşkar olunaraq, aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.

Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR