Slimfit
  1. CƏMİYYƏT

Bakıda karantin rejimini pozan restoran aşkar edilib

Bakıda karantin rejimini pozan restoran aşkar edilib
Sakura

Bakıda karantin rejimini pozan restoran aşkar edilib

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı M.Müşfiq küçəsi 4 ünvanında yerləşən “502” restoranının xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, obyektə baxış zamanı orada olan obyekttin sahibi və 4 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən aşkar edilib.

Həmin şəxslər restoranı icarə əsasında işlədən Yevlax rayon sakini Coşqun Məmmədov, Mingəçevir şəhər sakini Elmin Məmmədzadə, paytaxt sakinləri Fidan Əmrahova, Sahilə Bəhrəmova və Nasir İsayev saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər. Bu şəxslər barəsində Polis Bölməsində  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Karantin qaydalarını pozan C.Məmmədov 200, digər 4 nəfəri isə 100 manat miqdarında cərimə ediliblər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR