Slimfit
  1. İQTİSADİYYAT

Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçirilir

Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçirilir
Sakura

Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçirilir

Bu gün Bakıda Bakıda regionun ən nüfuzlu maliyyə-bank tədbiri - IV Beynəlxalq Bankçılıq Forumu işə başlayıb.

Report” xəbər verir ki, sabah başa çatacaq tədbir "Nağdsız iqtisadiyyat: Dayanıqlı Bankçılığa Doğru" mövzusunda, "Mastercard"ın tərəfdaşlığı, “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi, Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə baş tutub.

Forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahəsindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Forum maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərini, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmentini, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərini, digər qərar qəbulediciləri, influenserləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələrini, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıların bir araya gəldiyi məkandır.

Forum çərçivəsində müxtəlif əlaqədar tədbirlərin və mitupların keçirilməsi də nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR