Slimfit
  1. AZƏRBAYCAN

Bakıda istifadəsiz geyim əşyalarının toplanması məntəqələri açılıb

Bakıda istifadəsiz geyim əşyalarının toplanması məntəqələri açılıb
Sakura

Bakıda istifadəsiz geyim əşyalarının toplanması məntəqələri açılıb

Təkrar istifadənin ətraf mühitə müsbət təsirini və geyim əşyalarına olan tələbatı nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən Bakıda istifadəsiz paltar və ayaqqabıların toplanması üçün ianə qutuları quraşdırılıb.

İctimai Birlikdən FED.az-a verilən məlumata görə, şəhərin müəyyən nöqtələrində yerləşdirilən qutulara insanlar artıq istifadə etmədikləri və paylaşmaq istədikləri geyimlərini yerləşdirə bilər. Bu cür xeyriyyə məqsədli təkraristifadə qutuları ilkin olaraq “Bravo” hipermarketləri və Babək prospektində yerləşən “Bravo” superstorda, həmçinin həmin prospektdəki “SOCAR Petroleum” yanacaqdoldurma məntəqəsində quraşdırılıb. Yaxın vaxtlarda oxşar paltar toplanma qutularının Bakının digər münasib yerlərində də quraşdırılması nəzərdə tutulur.

IDEA İctimai Birliyi səhərimizin sakinlərini qarderobunda istifadəsiz, yararlı və saf qalan geyim əşyalarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan insanlara öz yardım əlini uzatmağa, eyni zamanda təkrar istifadə vasitəsilə təbiətə vurulan zərəri azaltmağa çağırır. Eyni zamanda, ianə edilən geyim əşyalarının qutulara atmaqdan öncə yuyulub-təmizlənməsi, qutulara kənar əşyalar və ya zibilin atılmaması xahiş edilir.

İanə qutularına toplanan əşyalar mütamadi olaraq müxtəlif paylanma məntəqələri, o cümlədən “Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti” və “Birlik” xeyriyyə təşkilatı vasitəsilə insanlara paylanacaq. Layihəyə qoşulmaq istəyən digər xeyriyyə təşkilatlarından IDEA İctimai Birliyinə müraciət edilməsi xahiş edilir (012 497 6316).

2017-ci ildən başlayaraq IDEA tərəfindən yüzlərlə ofis və müəssisələrdə yerləşdirilən xüsusi təkrar emal qutuları vasitəsilə minlərlə ton kağız və plastik tullantı toplanaraq təkrar emala göndərilir. Yaxın zamanlarda ися işlənmiş batareyaların toplanmasıна да башланаъаг.

Digər məhsullar kimi, geyim əşyalarının da tullanması və çürüməsi ətraf mühitə zərərsiz otüşmür. Bu həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərər ilə bağlıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR