Bakıda işsizlərin sayı kəskin artıb, Naxçıvanda isə işsiz yoxdur
Bu il iyul ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 36 min 597 nəfər olub, onların 36,9 faizini qadınlar təşkil edib. Yeniavaz.com-un Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, işsiz statusu verilən şəxslərin sayı son 1 il ərzində 283 nəfər artıb. İşsizliyə görə müavinətin orta məbləği isə 28 manat 90 qəpik artaraq 287 manat 20 qəpik olub.
Qeyd edək ki, işsiz statusuna malik insanların təxminən yarısı - 19 min 274 nəfəri Bakı şəhərinin payına düşüb və son bir il ərzində 2 min 239 nəfər və ya 13,2% artıb.
Bakı şəhərindən sonra ən çox işsiz Bərdə, Mingəçevir, Sumqayıt, Gəncə şəhərlərində, Kəlbəcər və Ağdam rayonlarında qeydə alınıb. Bərdədə işsiz statusuna malik şəxslərin sayı 1008, Mingəçevirdə 1372, Sumqayıtda 1258, Kəlbəcərdə 883, Gəncədə 764, Ağdamda isə 748 nəfər olub.
İşsiz statusuna malik insanların ən az olduğu rayonlar arasında isə ilk yerlərdə Daşkəsən, Füzuli, Xocalı, Xocavand, Şuşa və Naftalan rayonları dayanır. Açıqlanan rəsmi məlumata görə, Daşkəsəndə 4, Füzulidə 14, Xocalıda 33, Xocavanddə 44, Şuşada 34, Naftalanda isə qeydiyyatdan keçən 54 işsiz insan var.
Azərbaycanda işsiz statusuna malik insanların yaşamadığı rayonlar arasında isə Naxçıvan Muxtar Respublikasına daxil olan rayonlar yer alır. Statistika Komitəsinin məlumatında göstərilir ki, Muxtar Respublikaya daxil olan Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında bir nəfər də olsun işsiz statusuna malik insan yoxdur.
Rayonlar üzrə işsiz statusu və müavinət alanların sayı:
Şəhərlər və rayonlar |
İşsiz statusuna malik olanlar, nəfər |
onlardan müavinət alanlar, nəfər |
Ölkə üzrə – cəmi |
36 597 |
2 112 |
Bakı şəhəri – cəmi |
19 274 |
1 208 |
Abşeron iqtisadi rayonu – cəmi |
1 966 |
181 |
o cümlədən: |
||
Xızı rayonu |
74 |
8 |
Abşeron rayonu |
634 |
61 |
Sumqayıt şəhəri |
1 258 |
112 |
Gəncə-Qazax iqtisadi rayonu – cəmi |
2 417 |
156 |
o cümlədən: |
||
Gəncə şəhəri |
764 |
39 |
Qazax rayonu |
420 |
32 |
Ağstafa rayonu |
151 |
11 |
Tovuz rayonu |
228 |
14 |
Şəmkir rayonu |
323 |
11 |
Gədəbəy rayonu |
151 |
- |
Daşkəsən rayonu |
4 |
- |
Samux rayonu |
57 |
5 |
Göygöl rayonu |
92 |
- |
Goranboy rayonu |
173 |
42 |
Naftalan şəhəri |
54 |
2 |
Şəki-Zaqatala iqtisadi rayonu – cəmi |
1 025 |
99 |
o cümlədən: |
||
Balakən rayonu |
214 |
10 |
Zaqatala rayonu |
187 |
34 |
Qax rayonu |
100 |
10 |
Şəki şəhəri |
320 |
28 |
Oğuz rayonu |
76 |
9 |
Qəbələ rayonu |
128 |
8 |
Lənkəran iqtisadi rayonu – cəmi |
1 178 |
12 |
o cümlədən: |
||
Astara rayonu |
93 |
2 |
Lənkəran şəhəri |
408 |
- |
Lerik rayonu |
54 |
1 |
Yardımlı rayonu |
57 |
4 |
Masallı rayonu |
191 |
- |
Cəlilabad rayonu |
375 |
5 |
Quba-Xaçmaz iqtisadi rayonu – cəmi |
1 155 |
63 |
o cümlədən: |
||
Qusar rayonu |
95 |
7 |
Xaçmaz rayonu |
154 |
15 |
Quba rayonu |
511 |
13 |
Şabran rayonu |
224 |
12 |
Siyəzən rayonu |
171 |
16 |
Aran iqtisadi rayonu – cəmi |
6 179 |
204 |
o cümlədən: |
||
Göyçay rayonu |
587 |
17 |
Beyləqan rayonu |
176 |
10 |
Ağcabədi rayonu |
318 |
5 |
Bərdə rayonu |
1 008 |
11 |
Neftçala rayonu |
381 |
22 |
Biləsuvar rayonu |
234 |
1 |
Salyan rayonu |
112 |
4 |
Yevlax şəhəri |
169 |
2 |
Mingəçevir şəhəri |
1 372 |
5 |
Ağdaş rayonu |
60 |
3 |
Ucar rayonu |
51 |
4 |
Zərdab rayonu |
52 |
3 |
Kürdəmir rayonu |
224 |
8 |
İmişli rayonu |
176 |
9 |
Saatlı rayonu |
109 |
29 |
Sabirabad rayonu |
252 |
3 |
Hacıqabul rayonu |
634 |
61 |
Şirvan şəhəri |
264 |
7 |
Yuxarı Qarabağ iqtisadi rayonu – cəmi |
1 498 |
41 |
o cümlədən: |
||
Cəbrayıl rayonu |
356 |
10 |
Füzuli rayonu |
14 |
1 |
Ağdam rayonu |
748 |
10 |
Tərtər rayonu |
269 |
11 |
Xocalı rayonu |
33 |
4 |
Şuşa rayonu |
34 |
3 |
Xocavənd rayonu |
44 |
2 |
Xankəndi şəhəri |
- |
- |
Kəlbəcər-Laçın iqtisadi rayonu – cəmi |
1 287 |
117 |
o cümlədən: |
||
Kəlbəcər rayonu |
883 |
19 |
Laçın rayonu |
99 |
26 |
Qubadlı rayonu |
218 |
62 |
Zəngilan rayonu |
87 |
10 |
Dağlıq Şirvan iqtisadi rayonu – cəmi |
618 |
31 |
o cümlədən: |
||
Qobustan rayonu |
46 |
23 |
İsmayıllı rayonu |
265 |
1 |
Ağsu rayonu |
130 |
3 |
Şamaxı rayonu |
177 |
4 |
Naxçıvan Muxtar Respublikası – cəmi |
- |
- |
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət