Dərc edildi: Baxış sayı: 226
Bakıda İran vətəndaşı piyadanı vurub öldürdü
Bakıda İran vətəndaşı idarə etdiyi yük maşını ilə piyadanı vuraraq öldürüb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Karvansaray” Ticarət Mərkəzinin həyətində İran İslam Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Afrooz Mansoor Aziz oğlu idarə etdiyi DAF XF480FT markalı yük avtomobili hərəkətdə olarkən avtomobilin sağ tərəfindən sol tərəfinə keçən piyada 1985-ci il təvəllüdlü Sahib Alıxan oğlu Oruclunu vurub.
Nəticədə Sahib Oruclu hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət