Slimfit
  1. AZƏRBAYCAN

Bakıda ilk zooparkın yaradılmasından 90 il ötür

Bakıda ilk zooparkın yaradılmasından 90 il ötür
Sakura

Bakıda ilk zooparkın yaradılmasından 90 il ötür

Dekabr ayında Bakı şəhərində ilk zooparkın (heyvanat parkı) yaradılmasının 90 ili tamam olur. SİA-nın məlumatına görə, şəhərdə keçən əsrin əvvəlindən başlayaraq heyvanat parkının yaradılması üçün müxtəlif cəhdlər olub, kiçik kolleksiyaları ilə fərqlənən özəl zooloji sərgilər (zoosirklər) fəaliyyət göstərib. Həmçinin 1928-ci ilin dekabrından Bakı şəhərinin keçmiş Lunaçarski, indiki Nizami parkında bir guşə kimi zoobağ fəaliyyətdə olub. Bu tarix heyvanat parkının yaradılma tarixi kimi qəbul edilir.

Müxtəlif zamanlarda məkanı dəyişdirilərək genişləndirilən zoopark 80-ci illərə qədər Bayıl qəsəbəsində bir hektar sahədə fəaliyyət göstərib. 1982-ci ildə həmin ərazidə torpağın sürüşmə təhlükəsi nəzərə alınaraq indiki yerinə köçürülüb və sahəsi bir hektardan çox artırılıb. Zooparkın gələcək inkişafını təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2001-ci ildə burada ərazi artırılaraq 4,25 hektara çatdırılıb.

Hazırda Bakı Şəhər Heyvanat Parkı xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri siyahısına daxil edilərək qorunur. Park 1995-ci ildən 18 ölkədən 70-dək zooloji parkın daxil olduğu Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür və bu heyvanat parkları ilə geniş əməkdaşlıq əlaqələri qurulub.

1995-ci ilə qədər Bakı zooparkında 60 növ və 200 baş heyvan nümayiş olunurdu. Ötən illər ərzində burada heyvanlar aləmi daha da zənginləşdirilib. Balıqlar üçün akvarium, sürünənlər üçün terrarium, qırqovulların nümayişi üçün fazanarium ekspozisiyası yaradılıb.

Hazırda parkda 151 növə aid 1240-ə yaxın heyvan mühafizə olunur. Heyvanat parkı əhalinin istirahət yeri olmaqla yanaşı, uşaqların canlılara, təbiətə və ətraf mühitə münasibətinin formalaşmasında mühüm rol oynayır. Digər tərəfdən, zooparkda nəsli kəsilməkdə olan bir çox nadir heyvan növlərinin canlı genofondunun saxlanılmasını təmin edilir və çoxaldılaraq təbiətə buraxılır.

Hal-hazırda Bakı şəhər Heyvanat parkında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə tam yenidənqurma və rekonstruksiya işləri aparılır.

Heyvanat Parkının 90 illik yubileyi ilə əlaqədar olaraq 14 dekabr tarixində “Açıq qapı” günü elan edilib və bu gün zoopark hər kəs üçün pulsuz fəaliyyət göstərir. Qeyd edək ki, bununla əlaqədar zooparka gələn ziyarətçilərin sayı artıb.

Yubileylə əlaqədar Bakı şəhər Heyvanat parkında tədbir keçirilib, Mədəniyyət Nazirliyinin təbrikləri çatdırılıb və kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR