Dərc edildi: Baxış sayı: 1214
Bakıda ilk "Kənddən Şəhərə" mağaza və yarmarkası açılır
Dövlət Aqrar Ticarət Şirkəti "Kənddən Şəhərə" layihəsinin ilk mağaza və yarmarkasını tezliklə istifadəyə verəcək.
FED.az xəbər verir ki, bunu Dövlət Aqrar Ticarət Şirkətinin rəhbəri Leyla Məmmədova bildirib.
"Dövlət Aqrar Ticarət Şirkəti komandasının neçə aylar üzərində çalışdığı "Kənddən Şəhərə" layihəsinin ilk mağazası və yarmarkası tezliklə açılacaq".
İlk "Kənddən Şəhərə" mağazası Nizami 154 (köhnə Nizami 92) ünvanında fəaliyyət göstərəcəkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət