Slimfit
  1. AZƏRBAYCAN

Bakıda ilk dəfə piknik festivalı keçirilib

Bakıda ilk dəfə piknik festivalı keçirilib
Sakura

Bakıda ilk dəfə piknik festivalı keçirilib

“Təmiz Şəhər” ASC, ASAN könüllülər Məktəbi ilə birlikdə “Yaşıl ASAN” layihəsi çərçivəsində Böyükşor gölünün ətrafında piknik festivalı təşkil edib.

ASC-dən Trend-ə verilən məlumata görə, 500-dən artıq insanın qatıldığı festivalın məqsədi ictimaiyyəti ətraf mühitin qorunması probleminə cəlb etməkdir.

Asudə vaxtını səmərəli keçirmək istəyən yüzlərlə insan Böyükşor parkına axışaraq yaşıl ot üzərində aktiv istirahət ediblər.

Tədbir zamanı uşaqlar üçün əyləncə meydançaları və batutlar quraşdırılıb, interaktiv viktorinalar və oyunlar təşkil olunub, sərinləşdirici içkilər və dondurmalar paylanılıb. İştirakçılara tullantıların idarəolunmasına dair geniş məlumat verilib, istirahət etdikdən sonra yaranan bərk məişət tullantılarının yığışdırılmasının nə dərəcədə önəmli olduğu diqqətə çatdırılıb.

Azərbaycan Yelkənli İdman federasiyasının nümayəndələri festival iştirakçılarına bu idman növü barədə məlumat veriblər.

Festivalda gənc müğənnilər və musiqiçilər də iştirak edib.

Piknik iştirakçılarına Böyükşor gölü və parkı haqqında məlumat verilib. Bildirilib ki, bir neçə il öncə ekoloji fəlakət zonası hesab olunan bu ərazinin istirahət zonasına çevrilməsi böyük əziyyət və əməyin nəticəsidir. Neft tullantıları və çirkab sular mənbəyi kimi tanınan Böyükşor gölünün 300 hektar ərazisi tullantılarıdan təmizlənərək gölün dibindən 2.8 mln. kubmetr dib çöküntüsü çıxarılıb. Yaradılan Böyükşor Parkının ərazisində isə 80 min ağac və dekorativ kol əkilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR