Slimfit
  1. AVTO VƏ MOTO

Bakıda iki yeni “Porsche” təqdim olundu

Bakıda iki yeni “Porsche” təqdim olundu
Sakura

Bakıda iki yeni “Porsche” təqdim olundu

Oktyabrın 12-də “Porsche” Bakı Mərkəzi “Porsche”sevərlərə iki yeni model təqdim etdi: “Cayenne Coupe” və “Panamera 4 E-Hybrid”.

“Cayenne Coupe” yerli bazarda populyar olan Cayenne modelinin yeni, kupeyə bənzər kuzova malik modifikasiyasıdır. Yeni modelin əsas fərqləndirici elementləri – daha mailli ön şüşə və arxa hissədir.

“Cayenne Coupe” aktiv spoyleri olan dünyada yeganə SUV avtomobilidir. Sürət 90 km/s aşdıqda spoyler 135 millimetrədək qalxaraq, avtomobilin arxa təkərlərini yükləyərək mükəmməl idarəetməni təmin edir. Sport Chrono paketi, 2,16 kvadrat metr sahəyə malik panorama tipli şüşə tavan və idmansayağı oturacaqlar bu yeni avtomobilin artıq standart təchizatına daxildir. 

Təqdim olunan ikinci avtomobil Porsche Panamera 4 E-Hybrid iki güc aqreqatına malikdir. Bunlardan biri 136 at güclü elektrik motordur. Yalnız bu motorun vasitəsilə avtomobil 140 km/s-dək sürətlənə bilər. Elektrik enerjisi ilə qət edilə biləcək məsafə isə 51 km təşkil edir. İkinci aqreqat 330 at güclü 2,9 litrlik benzin biturbo mühərrikdir.

İki mühərrik birgə çalışdıqda ümumilikdə 462 at gücü hasil edirlər ki, bu da 278 km/s maksimal sürətə nail olmaq imkanı verir. Sıfırdan saatda 100 kilometr sürəti isə cəmi 4,6 saniyəyə yığmaq mümkündür. Hibrid avtomobil olduğundan orta yanacaq sərfiyyatı 100 kilometrə cəmi 2,5 litr təşkil edir.


 

Hibrid Panameranın salonunda xüsusi, hibrid konsepsiyalı monitor və rejim dəyişdiricisi mövcuddur. E-Power rejimində yalnız elektromotor çalışır, yanacaq sərf olunmur. Hibrid Auto rejimində elektronika elektrik motorun optimal rejimini hərəkət rejiminə və nəzərdə tutulmuş marşruta görə tənzimləyir.

Sport və Sport Plus rejimi və Sport Response düyməsi isə digər modellərdə olduğu kimi avtomobilin sistemlərini maksimal performansa kökləyir.
Yeni modellərlə bağlı daha ətraflı məlumat üçün Porsche Bakı Mərkəzinə müraciət edə bilərsiniz.

Porsche Bakı Mərkəzi

Mikayıl Əliyev, 7

Telefon: *0911

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR