Slimfit
  1. AZƏRBAYCAN

Bakıda iki market cərimələndi

Bakıda iki market cərimələndi
Sakura

Bakıda iki market cərimələndi

Bakıda fəaliyyət göstərən “Araz” və “Rahat” marketləri bitki spred yağlarını istehlakçılara kərə yağı adı altında satdığı üçün AQTA tərəfindən cərimələnib.

Axar.az verir ki, bu barədə qurumun mətbuat katibi Aysel Fərziyeva məlumat verib.

Onun sözlərinə görə, agentlik əməkdaşları Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 20 ünvanında yerləşən “Araz” market və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən “Rahat” marketdə yoxlamalar aparıb:

“Yoxlamalar zamanı hər iki marketdə bir sıra yeyinti məhsullarının qablaşdırılması və etiketləşdirilməsinə dair qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb. Yoxlamada bitki spred yağların istehlakçılara kərə yağı adı altında satılması halları aşkarlanıb ki, bu da istehlakçı hüquqlarının pozulmasıdır. Hər iki marketin rəhbərliyi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb və inzibati qaydada cərimə tətbiq olunub”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR