Slimfit
  1. CƏMİYYƏT

Bakıda I Xəzər Elm Forumu keçiriləcək

Bakıda I Xəzər Elm Forumu keçiriləcək
Sakura

Bakıda I Xəzər Elm Forumu keçiriləcək

Azərbaycan nümayəndə heyəti Həştərxan Dövlət Universitetində keçirilən “XXI əsrin Xəzəri: davamlı inkişafın yolları” Beynəlxalq Elm Forumunda iştirak edir.

Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, tədbirdə Xəzəryanı ölkələrdən 100-ə yaxın nümayəndə, o cümlədən diplomatlar, Xəzəryanı ölkələrin elmi ictimaiyyətinin, Rusiyanın federal nazirlik və idarələrinin, UNESKO-nun Hökumətlərarası Okeanoqrafiya Komissiyasının nümayəndələri iştirak edirlər.

İki gün davam edəcək forumda iştirakçılar elmi əlaqələrin və elmi-tədqiqat layihələrində dövlət-fond tərəfdaşlığının genişləndirilməsini, Xəzər regionuna elmi sərmayələrin axınının artırılmasını, elmi ictimaiyyətin və hökumətin diqqətini Xəzər regionundakı problemlərə cəlb olunmasının yollarını müzakirə edəcəklər.

Qeyd olunur ki, forumun nəticələri 2020-ci ilin payızında Bakıda keçiriləcək I Xəzər Elm Forumunun proqramının formalaşması üçün əsas olacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR